"Beşiktaş"ın prezidenti: "Azərbaycan bizim üçün önəmlidir"

14:55 - 1 İyun 2016

"Dünya klubu olmaq üçün maddi imkanların da yaxşı olmalıdır"
 
“Beşiktaş”a yeni bir stadion qazandıran, çempionluq gətirən Fikrət Orman açıqlamasında hədəflərinin daha böyük bir klub olmaq istədiklərini bildirib.
 
Sportal.az xəbər verir ki, Türkiyə mətbuatına müsahibə verən klub sahibi Mübariz Mənsimovla görüşündən danışıb.
 
“Çelsi”nin sahibi Roman Abramoviç və Mübariz Mənsimovla Londonda söhbət edirdik. Mən “20-25 milyon azarkeşimiz var, çox xüsusi bir azarkeşə sahibik” - dedim. Abramoviç bizim 500 milyon tərəfdarımız var deyəndə təəccübləndim. Buna necə nail olduqlarını soruşanda isə belə danışdı. Biz bütün dünyada iş aparırıq. Dünya klubu olmaq üçün maddi imkanların da yaxşı olmalıdır. İndoneziya, Malayziya, Misir, Bosniya və Herseqovina, Albaniya kimi müsəlman ölkələr bizim hədəf yerlərimiz olmalıdır. Çin böyük bazardı və orada milyonlarla türk yaşayır. Bu baxımdan Azərbaycan da bizim üçün çox önəmlidir. “Beşiktaş” sevgisini bu ölkələrə daşımaq üçün layihələr hazırlayacağıq. Bəlkə həmin ölkələrdə oyunlar, təlim-məşq toplanışları keçirdik, turnirlər təşkil etdik”.

Xəbər xətti