Türkiyə millisinin üzvü "İnter"də

17:14 - 1 İyun 2016

3 illik müqavilə imzalanıb

 

"Fənərbaxça"nın futbolçusu Caner Erkin karyerasını A Seriyasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər"lə müqaviləsi başa çatan müdafiəçi yeni sözləşmə imzalamayıb. Türkiyə milli komandasının üzvü İtaliyanın "İnter" klubu ilə razılığa gəlib. Təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu barədə Milan təmsilçisinin rəsmi "tvitter" hesabından məlumat verilib. Caner Erkin yeni komandasında illik 2,5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, "İnter"in baş məşqçisi bir vaxtlar "Qalatasaray"ı çalışdıran Roberto Mançinidir.

Xəbər xətti