"Fənərbağça" baş məşqçisi ilə bağlı qərarını verdi

12:51 - 5 İyun 2016

"Vitor Pereyra ilə danışdıq, razılaşdı"
 
"Fənərbağça" klubunun prezidenti Aziz Yıldırım Vitor Pereyranın baş məşqçi postunda qalıb-qalmayacağı haqda gəzən söz-söhbətlərə son qoyub.
 
Sportal.az xəbər verir ki, klub prezidenti Pereyranın "Fənərbağça"da qalacağını açıqlayıb:
 
"Pereyra ilə danışdıq, razılaşdı. Biz yolumuza onunla davam edəcəyik. İstədiyi futbolçuların siyahısını bizə təqdim etdi. Transferlərə 10 milyon avrodan çox pul xərcləməyə hazırıq".
 
Xatırladaq ki, Vitor Pereyra ötən mövsüm "Fənərbağça"ya baş məşqçi təyin edilmişdi.

Xəbər xətti