Türkiyə Superliqasında növbəti baş məşqçi istefası

01:25 - 8 İyun 2016

Üzülməz Ankara təmsilçisindən getdi
 
Türkiyə Superliqasında gözlənilməz istefa reallaşıb. 
 
Sportal.az xəbər verir ki, "Gənclərbirliyi” komandasının baş məşqçisi İbrahim Üzülməz bu gün istefa verib. Ötən mövsümün sonuna yaxın komandaya cəlb olunan və komandanı elitada saxlamağa nail olan gənc mütəxəssis özü istefa verib. Bugünlərdə Ankara təmsilçisi ilə 1 illik müqavilə imzalayan Türkiyə milli komandasının sabiq futbolçusunun maliyyə problemlərinə görə istefa verdiyi bildirilir.
 
Klub məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyib. 

Xəbər xətti