Sabiq "Qarabağ"lı Türkiyə klubuna baş məşqçi təyin olundu

20:24 - 8 İyun 2016

Tərəflər arasında 1 illik müqavilə
 
Vaxtıyla "Qarabağ”ın sabiq koordinatoru Səbahəttin Təkin özünə yeni iş yeri tapıb. O, baş məşqçi kimi fəaliyyət göstərəcək.
 
Sportal.az xəbər verir ki, "Bakı”nın sabiq çalışdırıcısı Bülənt Qorxmazın köməkçisi olan mütəxəssis Türkiyədə çalışacaq. 42 yaşlı mütəxəssis Türkiyə III liqasında mübarizə aparan "Erbaaspor” komandası ilə anlaşıb. Tərəflər arasında bu gün 1 illik rəsmi müqavilə imzalanıb. 
 
Qeyd edək ki, Səbahəttin Təkinin son iş yeri Türkiyə Superliqasında mübarizə aparan "Mersin İdman Yurdu” komandası olub. O, Mersin təsmilçisinə Bülənt Qorxmazın köməkçisi vəzifəsində çalışıb. 

Xəbər xətti