Millimizin sabiq üzvü Superliqa klubunda

01:34 - 10 İyun 2016

Sönməz də "Kayserispor"da
 
Türkiyə Superliqasında mübarizə aparan "Kayserispor" klubu millimizin futbolçusu Ufuk Budakın ardından daha bir bizə tanış futbolçunu transfer edib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Hakan Kutlu "Qaziantep BB" klubundakı sabiq yetirməsi Umut Sönməzin də keçidinə razılıq verib. Onunla 2 illik müqavilə bağlanılıb.
 
Qeyd edək ki, Türkiyə doğumlu, lakin Almaniyada yaşayan Umut Sönməz əvvəllər 21 yaşadək millimizdə çıxış edib.

Xəbər xətti