Xizanişvili paytaxt klubunda qaldı
Transfer çalışmalarına davam edən "İnter" daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu gürcüstanlı futbolçusu Zurab Xizanişvili ilə müqaviləni uzadıb. Təcrübəli müdafiəçi "İnter"lə 1 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, "İnter" Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev, Elnur Abdullayev, Denis Silva, Abbas Hüseynov, Mirsahib Abbasov, İlkin Qırtımov, Rauf Əliyev və Fuad Bayramovla da müqaviləni uzadıb.
saytlarin hazirlanmasi