"Fənərbaxça"da ayrılıq

20:56 - 15 İyun 2016

Mehmet Topuz "Kayserispor"da

 

"Fənərbaxça" ilə müqaviləsi başa çatan Mehmet Topuz İstanbul təmsilçisi ilə yeni sözləşmə imzalamayıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını başqa klubda davam etdirmək niyyətindədi. 32 yaşlı yarımmüdafiəçi artıq yeni komandası ilə bağlı da qərarını verib. Belə ki, o, bir zamanlar çıxış etdiyi "Kayserispor"la razılığa gəlib. Tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Mehmet Topuz 2009/2010-cu il mövsümünün əvvəlində "Kayserispor"dan "Fənərbaxça"ya transfer olmuşdu.

Xəbər xətti