"Qəbələ"nin rəqibi olmuş klubun baş məşqçisi Türkiyə Super Liqasında

18:29 - 18 İyun 2016

İqor Tüdor "Karabükspor"da

 

Türkiyə Super Liqasına yüksələn "Karabükspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Karabük təmsilçisi baş məşqçi postuna xorvatiyalı mütəxəssis İqor Tüdoru gətirib. Təcrübəli çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Tüdorun son iş yeri Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ"nin rəqibi olan Yunanıstanın PAOK klubu olub.

Xəbər xətti