"Qalatasaray" ulduz futbolçu transfer edir

18:46 - 20 İyun 2016

Nuri Şahini heyətinə qatmaq istəyir

 

"Qalatasaray" heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "sarı-qırmızı"lar "Borussiya" Dortmundun türk futbolçusu Nuri Şahini heyətinə qatmaq istəyir. İstanbul nəhəngi Türkiyə milli komandasının üzvünü icarə icarəyə götürmək niyyətindədi.

 

27 yaşlı yarımmüdafiəçi üçün "Qalatasaray" rəhbərliyi Almaniya klubuna təklif göndərib. "Borussiya" rəhbərliyi əsas heyətdə yerini itirən futbolçunu icarəyə göndərməyin əleyhinə deyil. Ulduz futbolçunun transferinin AÇ-2016-dan sonra dəqiqləşəcəyi bildirilir.

Xəbər xətti