"Beşiktaş" İspaniyadan futbolçu transfer edir

21:38 - 20 İyun 2016

İstanbul klubu Aqostonu transfer etməyə çox yaxındır

 

Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Beşiktaş" transfer çalışmalarına davam edir. 
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Deportivo"nun qapıçısı Fabrisio Aqostonu transfer etməyə çox yaxındır. Artıq 28 yaşlı qolkiperlə razılıq əldə olunub və yaxın günlərdə onunla 3 illik müqavilə imzalanacağı gözlənilir.
 
Qeyd edək ki, 2013-cü ildən "Deportivo"da çıxış edən ispaniyalı qapıçı La Liqa təmsilçisinin heyətində 37 oyun keçirib.

Xəbər xətti