"Qalatasaray" hücumçu transfer etdi

17:22 - 22 İyun 2016

Uqo Rodalleqa İstanbul klubunda

 

"Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Akhisar Bələdiyyəspor"dan Uqo Rodalleqanın keçidini həll edib. Kolumbiyalı forvardın transferi üçün "cim bom" Akhisar klubuna 1,8 milyon avro ödəyəcək. 30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni klubunda illik 1,7 milyon avro qazanacaq.

 

Qeyd edək ki, "Qalatasaray" ötən gün "Bursaspor"dan Sərdar Əzizlə 4 illik müqavilə imzalamışdı.

Xəbər xətti