CAS "Qalatasaray"ın şikayətini təmin etmədi

19:36 - 23 İyun 2016

"Cim bom" 1 il avrokuboklardan kənarda qalacaq

 

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Qalatasaray" klubunun şikayətini təmin etməyib. 
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. "Qalatasaray"ın 2012-2013, 2013-2014 və 2014-2015 mövsümlərində maliyyə "fair play"inin tələblərini pozduğuna görə UEFA Maliyyə Nəzarəti Komitəsinin (CFCB) İstintaq Komissiyası tərəfindən bir il müddətinə avrokuboklardan kənarlaşdırılmışdı.
 
İstanbul nəhəngi bununla bağlı CAS-a müraciət etmişdi. Lakin "Qalatasaray"ın şikayəti təmin edilməyib. Bununla da İstanbul "sarı-qırmızılar"ın 2016-2017 mövsümündə avrokuboklarda iştirak etməyəcəyi ilə bağlı qərar qüvvədə qalıb.

Xəbər xətti