"İnter"in futbolçusu Qazaxıstana niyə gedib?

13:58 - 29 İyun 2016

Zədəli olduğu üçün
 
Xəbər verdiyimiz kimi, Bakının "İnter” klubu 2016/17 mövsümünün hazırlıqlarını davam etdirir. Zaur Svanadzenin komandası məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirir. 
 
Sportal.az xəbər verir ki, "bankirlər” yeni mövsümə tam heyətlə hazırlaşa bilmir. Belə ki, komandanın aparıcı və gənc futbolçusu Abbas Hüseynov komandanın məşqlərində iştirak etmir.  21 yaşlı futbolçu zədəli olduğu üçün komandanın düşərgəsində deyil. Abbas bərpa prosesini Qazaxıstanda keçir və futbolçu yaxın müddətdə düşərgəyə qoşulacaq.

Xəbər xətti