Əmircanovun taleyinə aydınlıq gəlməyib
Bakının "İnter" klubundan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "bankirlər" paraqvaylı futbolçu Sezar Meza Kolli ilə yollarını ayırıb. Futbolçunun başa çatan mqaviləsinin müddəti artırılmayıb və onunla yollar rəsmən ayrılıb.
Komandanın heyətində taleyinə aydınlıq gəlməyən yeganə futbolçu Ruslan Əmircanovdu. Mövsümün əvvəlində "Qəbələ"dən transfer olunan futbolçu ilə bağlı yekun qərar verilməyib. Ruslanla bağlı son sözü komandanın baş məşqçisi Zaur Svanadze deyəcək. Gürcü mütəxəssis razılıq versə, Ruslanla 1 illik müqavilə imzalanacaq.
saytlarin hazirlanmasi