"Qalatasaray" iki futbolçu ilə müqavilə imzaladı

16:28 - 4 İyul 2016

Hamit və Sabri daha bir il "cim bom"da

 

"Qalatasaray"da iki futbolçu ilə bağlı qərar verilib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "cim bom" rəhbərliyi Hamit Altıntop və Sabri Sarıoğlunu komandada saxlamaqla bağlı qərar qəbul edib. Hər iki futbolçu ilə yeni 1 illik müqavilə imzalanıb.

 

Yeni sözləşməyə əsasən Altıntop İstanbul klubunda 1 milyon 650 min avro, Sarıoğlu isə 1 milyon 125 min avro qazanacaq. 

Xəbər xətti