Almaniya nəhəngi Ardaya "elçi düşdü"

17:32 - 5 İyul 2016

"Borussiya" türk futbolçunu transfer etmək istəyir

 

"Barselona"nın futbolçusu Ardan Turan karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Henrix Mxitaryanı "Mançester Yunayted"ə satan Dortmund "Borussiya"sı erməni futbolçunun yoxluğunu Arda ilə doldurmaq istəyir. Almaniya klubu artıq türk futbolçunun transferi üçün kataloniyalılarla danışıqlara başlayıb.

 

"Barselona" rəhbərliyi də böyük ümüdlərlə transfer olunan, lakin istənilən performansı götərməyən yarımmüdafiəçini yüksək məbləğ qarşılığında satmağın əleyhinə deyil.

 

Ulduz futbolçunun karyerasını harada davam etdirəcəyinə yaxın günlərdə aydınlıq gələcək.

Xəbər xətti