Xizanaşvi və Hüseynov komanda ilə birgə çalışa bilmir
Xəbər verdiyimiz kimi, Bakının "İnter” klubu yeni mövsümün hazırlıqlarının son hissəsini Türkiyədə keçirəcək. "Bankirlər” iyulun 11-də qardaş ölkəyə yollanacaq.
Sportal.az xəbər verir ki, səfəröncəsi "İnter”in heyətində iki itki var. Belə ki, Abbas Hüseynovla Zurab Xizanişvili komanda ilə birgə çalışa bilmir.
Gürcüstanlı futbolçu köhnə zədəsini təzələyib. Abbas isə bərpa prosesini Qazaxıstanda keçirir. Hər iki futbolçunun Türkiyənin Qızılcahamam bölgəsində baş tutacaq təlim-məşq toplanışında komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, "İnter” toplanış çərçivəsində 4 və ya 5 yoxlama oyunu keçirəcək ki, rəqiblərin adına aydınlıq gəlməyib.
saytlarin hazirlanmasi