Ərdoğan Neymar və Messiylə bir meydanda oynayacaq

01:08 - 10 İyul 2016

Xeyriyyə matçı
 
"Antalyaspor"un kamerunlu ulduzu Samuel Eto'Onun fondunun 10 illik yubileyi  münasibətilə keçiriləcək xeyriyyə oyunda Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan da meydana çıxacaq.
 
Sportal.az xəbər verir ki, bu barədə oyunun keçiriləcəyi Antalya şəhərinin bələdiyyə başçısı Menderes Türel məlumat verib. O, prezidentin də dünya ulduzları ilə birgə "Antalya Arena"da oynayacağını vurğulayıb.
 
Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 16-da baş tutacaq. Oyunda Lionel Messi, Françesko Totti, Dieqo Maradona, Neymar, Luis Suares, Ceycey Okoça, Maykl Essyen, Xavi, Pyer-Emerik Obameyanq, Andres İnyesta və Arda Turan kimi dünya futbolunun ulduzlarının iştirak edəcək.

Xəbər xətti