"İnter" "Kasımpaşa" ilə qarşılaşacaq

16:33 - 11 İyul 2016

Hazırlıq matçı

 

 Bu gün Bakının “İnter” klubu səhər saatlarında Türkiyəyə yola düşdü.

 

Sportal.az xəbər veri ki, Bakı-İstanbul-Ankara reysilə qardaş ölkəyə yollanan "İnter" Qızılcahamam rayonunda yerləşən “Cam” hotelində məşkunlaşacaq.
 
"Bankirlər" toplanış çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır. İyulun 14-də “İnter” Türkiyə Superliqasının təmsilçisi “Kasımpaşa” ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.00-da baş tutmalıdır. Paytaxt klubu iyulun 18, 22 və 25-də yoxlama oyunları keçirməyi planlaşdırır. Rəqiblər hələlik məlum deyil.
 
Qeyd edək ki, “İnter” Türkiyə toplanışını iyulun 26-da yekunlaşdıracaq.

Xəbər xətti