"Beşiktaş"da gözlənilməz ayrılıq, "Fənərbağça" ilə razılığa gəldi

01:42 - 12 İyul 2016

Köybaşı ilə yollar ayrıldı
 
Son Türkiyə çempionu "Beşiktaş”da gözlənilməz ayrılıq reallaşıb. 
 
Sportal.az xəbər verir ki, İstanbul klubu İsmayıl Köybaşı ilə yolları ayırıb. Bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Məlumatda bildirilir ki, "qara qartallar” 31 iyun tarixində müqaviləsi başa çatan futbolçu ilə yeni sözləşmə imzalamayıb.
 
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, İsmayıl Köybaşı "Fənərbağça" 4 illik müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Türkiyə millisinin heyətində 19 matçda forma geyinən Göybaşı 2009-cu ildən "Beşiktaş”da çıxış edir. O, komandanın heyətində keçirdiyi 111 oyunda 2 qol vurmağa nail olmuşdu.

Xəbər xətti