"Beşiktaş"dan ayrılan futbolçu "Fənərbaxça"ya keçir

18:46 - 12 İyul 2016

İsmayıl Köybaşı "sarı bülbüllər"lə rəsmi müqavilə imzalayacaq

 

"Beşiktaş”dan ayrılan Türkiyə millisinin üzvü İmail Köybaşının yeni komandasının adına aydınlıq gəlib. 
 
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını digər İstanbul nəhəngi "Fənərbaxça”da davam etdirəcək. Sol cinah müdafiəçisi yaxın günlərdə "sarı bülbüllər”lə rəsmi müqavilə imzalayacaq. 
 
Qeyd edək ki, Türkiyə millisinin karyerası ərzində "Qaziantepspor” və "Beşiktaş” kimi komandalarda oynayıb.

Xəbər xətti