"Beşiktaş"ın futbolçusu rəsmən "Fənərbaxça"da FOTO

16:53 - 14 İyul 2016

İsmail Köybaşı ilə 3 illik müqavilə imzalanıb

 

"Beşiktaş"la müqaviləsi başa çatan İsmail Köybaşı "qara qartallar"la yeni sözləşmə imzalamayıb.

 

Sportal.az xəbər verir ki, Türkiyə milli komandasının üzvü karyerasını digər İstanbul klubunda davam etdirəcək. Belə ki, 27 yaşlı futbolçu bundan sonra "Fənərbaxça"nın uğurları üçün tər tökəcək. Bu barədə "sarı-lacivərtlilər"in rəsmi saytında məlumat verilib. Təcrübəli cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 2008-ci ildən "Beşiktaş"ın şərəfini qoruyan Köybaşı "ağ-qaralar"ın heyətində meydana çıxdığı 108 matçda 2 dəfə fərqlənməyi bacarıb.

 

Xəbər xətti