"Fənərbaxça" "Liverpul"un futbolçusunu transfer etdi FOTO

17:55 - 15 İyul 2016

Şkrtel İstanbul klubunda

 

Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Fənərbaxça" heyətini bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi "Liverpul"dan ayrılan Martin Şkrteli transfer edib. Slovakiya milli komandasının kapitanı ilə rəsmi müqavilə imzalanıb. Lakin müqavilənin şərtləri haqda məlumat verilməyib.

 

Qeyd edək ki, 2008-ci ildən "Liverpul"un şərəfini qoruyan 31 yaşlı mərkəz müdafiəçisi İngiltərə klubunun heyətində keçirdiyi 242 oyunda 16 qola imza atıb.

 

Xəbər xətti