Messi və İnyestanın Türkiyə səfəri təxirə salındı

12:50 - 16 İyul 2016

Oyun təxirə salındı
 
"Barselona"nın futbolçuları Andres İnyesta və Lionel Messi Türkiyə səfərini təxirə salmaq məcburiyyətində qalıblar.
 
Sportal.az xəbər verir ki, buna Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı hadisələrin olması səbəb olub.
 
Qeyd edək ki, Lionel Messi və Andres İnyesta "Barselona"da keçmiş komanda yoldaşı, hazırda "Antalyaspor"da oynayan kamerunlu hücumçu Samuel Eto’Onun təşkil etdiyi xeyriyyə qarşılaşmasında iştirak edəcəkdilər.
 
Bu gün axşam 21:45-də keçirilməsi nəzərdə tutulan oyun təxirə salınıb.

Xəbər xətti