"Fənərbaxça" - "Lion" matçı təxirə salındı

17:57 - 16 İyul 2016

Türkiyədə baş verən proseslərə görə

 

Türkiyədə hərbi çevrişə cəhd göstərilməsi futbola da təsir göstərib. Belə ki, ölkədə baş verən siyasi gərginlik səbəbindən futbol qarşılaşmaları təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" ilə "Lyon" arasında keçirilməli olan hazırlıq qarşılaşması təxirə salınıb. Bu barədə İstanbul klubunun rəsmi saytından məlumat verilib. Lakin qarşılaşmanın hansı tarixdə keçiriləcəyi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Lyon" matçı bu gün Bakı vaxtı ilə  saat 22:45-də baş tutmalı idi.

Xəbər xətti