"Qalatasaray" 5 futbolçusu ilə yolları ayırmaq istəyir

17:14 - 17 İyul 2016

Baş məşqçi bu futbolçulardan imtina edib
 
"Qalatasaray"ın baş məşqçisi Yan Olde Riekerink komandada görmək istəmədiyi futbolçuların siyahısını hazırlayıb.
 
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis 5 futbolçudan imtina edib. Baş məşqçinin rəhbərliyə təqdim etdiyi siyahıda Tarık Çamdal, Olcan Adın, Rayan Donk, Umut Bulut ve Aurelien Şedjunun adları var.

Xəbər xətti