Türkiyə Super Liqasının püşkü atıldı

17:03 - 18 İyul 2016

19 avqustda start götürəcək
 
Futbol üzrə Türkiyə Super Liqasının 2016/2017-ci il mövsümünün püşkü atılıb.
 
Sportal.az xəbər verir ki, 18 komandanın iştirakı ilə təşkil edilən, "Turqay Şeren mövsümü" adlandırılan mövsüm 19, 20, 21, 22 avqust tarixlərində keçiriləcək 1-ci tur qarşılaşmaları ilə start götürəcək. Çempionatın ilk yarısında 16, ikinci yarısında isə 18 tur oynanılacaq. Mövsümə 21 may 2017-ci il tarixdə keçirələcək 34-cü tur matçları ilə yekun vurulacaq.
 
Azarkeşlər tərəfindən maraqla gözlənilən İstanbul derbilərinin də tarixi bəlli olub. Belə ki, azarkeşlər ilk derbini 5-ci turda izləyə biləcəklər. "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edəcək. Növbəti derbi də "Qalatasaray"ın iştirakı ilə baş tutacaq. Belə ki, "Fənərbaxça" əzəli rəqibi olan "sarı-qırmızılar"ı doğma meydanda qəbul edəcək. Mövsümün ilk yarısının son derbisi 13-cü turda reallaşacaq. "Fənərbaxça" öz meydanında "Beşiktaş"la üz-üzə gələcək.
 
"Başakşəhər" - "Fənərbaxça"
"Trabzonspor" - "Kasımpaşa"
"Gənclər Birliyi - "Qaziantepspor"
"Adanaspor" - "Bursaspor"
"Antalyaspor" "Osmanlıspor"
"Beşiktaş" - "Alanyaspor"
"Çaykur Rizəspor" - "Atiker Konyaspor"
"Qalatasaray" - "Karabükspor"
"Kayserispor" - "Akhisar Bələdiyyəspor"

Xəbər xətti