"Fənərbaxça"da ayrılıq

18:56 - 19 İyul 2016

Dieqo ilə yollar ayrılıb

 

"Fənərbaxça" braziliyalı futbolçu Dieqo Ribasla yollarını rəsmən ayırıb.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" 31 yaşlı yarımmüdafiəçi ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. Bu barədə klubun rəsmi saytından məlumat verilib.

 

Qeyd edək ki, Dieqo İstanbul klubuna 2014-cü ilə "Atletiko" Madriddən 5 milyon avroya transfer edilmişdi. Braziliyalı futbolçu "Fənərbaxça" forması ilə meydana çıxdığı 75 matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti