"Fiorentina"dan Mario Qomes qərarı

16:27 - 20 İyul 2016

7 milyon avroya satmağa hazırdı

 

Ötən mövsümü icarə əsasında "Beşiktaş"da keçirən Mario Qomesin növbəti mövsüm karyerasını harada davam etdirəcəyinə hələ aydınlıq gəlməyib.

 

Sportal.az xəbər verir ki, müqavilə ilə "Fiorentina"ya məxsus olan alman futbolçunun İtaliya klubu ilə 2017-ci ilədək sözləşməsi var. Almaniyanın "Bild" nəşrinin yazdığına görə, Florensiya təmsilçisi 31 yaşlı forvardı satmaq istəyir. "Bild"in məlumatına görə, "Fiorentina" prezidenti Andrea Della Velle Qomesi 7 milyon avro ödəyəcək istənilən kluba satmağa hazır olduqlarını bildirib.

 

Təcrübəli hücumçu ilə Almaniyanın "Volfsburq" klubu maraqlanır. Lakin bir zamanlar "Bavariya", "Ştutqart" kimi klublarda oynamış Qomes Bundesliqaya dönmək istəmir. O, karyerasını İngiltərə və ya İspaniyada davam etdirmək istəyir.

 

Qeyd edək ki, 2015/2016-cı il mövsümünü icarə əsasında "Beşiktaş"da keçirən ulduz futbolçu İstanbul təmsilçisinin forması ilə meydana çıxdığı 33 qarşılaşmada 26 qol vurmaqla Türkiyə Super Liqasının bombardiri olub.

Xəbər xətti