Van Persinin "Fənərbaxça"dakı taleyinə aydınlıq gəldi

18:36 - 21 İyul 2016

İstanbul klubunda qalacaq

 

Hollandiya millisinin üzvü Robin van Persinin "Fənərbaxça”dakı taleyinə rəsmən aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu növbəti mövsümdə də "Fənərbaxça”nın uğurları üçün çalışacaq. 
 
Belə ki, bu gün Van Persinin komandada qalıb-qalmayacağı ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda hollandiyalı hücumçunun meneceri və "Fənərbaxça” rəsmiləri iştirak edib. 
 
Məsələ ilə bağlı danışan "Fənər” rəsmisi İlhan Ekşioğlu futbolçunun komandada qalacağını açıqlayıb. Klub rəsmisi futbolçu ilə bağlı yayılan məlumatların əsassız olduğunu vurğulayıb. 
 
Qeyd edək ki, İngiltərə mətbuatı futbolçunun Premyer Liqada mübarizə aparan "Sanderlend” klubu ilə müqavilə imzalayacağını iddia edirdi.

Xəbər xətti