Zaur Svanadze: "Bu oyunun pozitiv alındığını hesab etmək olar"

00:59 - 23 İyul 2016

"Mövsümün startına hazırlaşmağa başlayacağıq"
 
Bakının "İnter” klubunun baş məçqçisi Zaur Svanadze Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "Elazığspor” komandasına qarşı keçirilən matç haqqında fikirlərini bildirib. 
 
Sportal.az xəbər verir ki, gürcüstanlı mütəxəssis qarşılaşma haqqında fikirlərini belə izah edib:
 
"Normal oynadılar. Uşaqlar mübarizə apardılar. Birinci hissədə çox yaxşı oynadılar. Qol vəziyyətləri oldu. Müdafiəçilər çox yaxşı, dəqiq oynadılar. Ona görə də, bu oyunun pozitiv alındığını hesab etmək olar. Növbəti oyun Gürcüstanın "Kolheti Poti” komandasıyla olacaq. Sonra mövsümün startına hazırlaşmağa başlayacağıq”. 

Xəbər xətti