"Uşaqlar normal oynadılar"
Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu növbəti yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, paytaxt klubu Türkiyə Super Lqiasında mübarizə aparan "Gənclərbirliyi" ilə qarşılaşıb. Oyun "bankirlər"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra "bankirlər"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bölüşüb:
“Bu gün “Gənclərbirliyi” FK-nın ikinci komandası ilə qarşılaşdıq. Biz də özlərini göstərmək üçün gənclərə imkan verdik. Gənclərin sərgilədikləri oyundan razı qaldıq. Qalib gəldik, uşaqlar normal oynadılar. Odur ki, sabah “Kolheti Poti” ilə keçiriləcək oyuna hazırlaşmağı davam etdirəcəyik”.
saytlarin hazirlanmasi