"Monako" ilə matç öncəsi "Fənərbaxça"da ciddi itki

17:59 - 26 İyul 2016

Van Persi komandaya kömək edə bilməyəcək

 

"Fənərbaxça" Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə "Monako"nun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" Fransa təmsilçisi ilə matça ciddi itki ilə çıxacaq. Belə ki, İstanbul nəhənginin ulduz futbolçusu Robin Van Persi zədələnib. Hollandiyalı hücumçu "Monako" ilə matçda komandasına kömək edə bilməyəcək. Bu barədə məlumatı "Fənərbaxça"nın baş məşqçisi Viktor Pereyra matçdan öncə keçirilən mətbuat konfransında verib.

 

Qeyd edək ki, "Monako" - "Fənərbaxça" matçı sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti