"Beşiktaş"da ayrılıq

20:54 - 26 İyul 2016

Aleksis Delqado komandadan ayrılıb

 

"Beşiktaş" bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul klubunun ispaniyalı müdafiəçisi Aleksis Delqado komandadan ayrılıb. 31 yaşlı mərkəz müdafiəçisinin yeni komandası da artıq məlumdu. İspan futbolçu karyerasını ölkəsində davam etdirəcək. Belə ki, bu mövsüm La Liqaya vəsiqə qazanan Delqado "Alaves" klubu ilə anlaşıb.

 

Qeyd edək ki, "Beşiktaş"a 2016-cı ilin yanvar ayında transfer olan təcrübəli müdafiəçi "qara qartallar"ın heyətində meydana çıxdığı 10 matçda bir dəfə fərqlənib.

Xəbər xətti