"Mario Balotelli "Beşiktaş"da oynamaq istəyir"

12:57 - 27 İyul 2016

"Onunla maraqlanırıq"
 
"Liverpul"un italiyalı forvardı Mario Balotelli karyerasını "Beşiktaş"da davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Fikrət Orman məlumat verib. O, Balotelli ilə maraqlandıqlarını bildirib:
 
"Mario Balotelli ilə yaxından maraqlanırıq. Balotelli "Beşiktaş"da oynamaq istəyir. "Liverpul"la danışıqlar aparırıq".
 
Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Mario Balotellini komandasında görmək istəmədiyini bildirib.

Xəbər xətti