Türkiyə Futbol Federasiyasının bütün komissiyaları istefa verdi

16:45 - 31 İyul 2016

Türkiyə Futbol Federasiyasının (TFF) bütün komissiyaları istefa verib. 

 

Sportal.az xəbər verir ki, bu qərar Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruculuğu (FETÖ/PDY) ilə bağlı aparılan təhlükəsizlik araşdırmaları səbəbindən qəbul edilib. Bu barədə Federasiyanın rəsmi saytından məlumat verilib.

 

TFF-nin açıqlamasına görə, aparılmaqda olan təhlükəsizlik araşdırmasının daha səmərəli etmək üçün federasiya nəzdindəki bütün komissiyaların (Mülki Heyət, PFDK, UÇMAQ, Etika, Klub Lisenziya, MHK, Nümayəndələr Kabineti, Səhiyyə Assambleyası, Dopinqlə Mübarizə Kabineti, Əlillərin Koordinasiya Şurası və Xarici Əlaqələr İcra Qurulu) sədr və üzvləri istefalarını təqdim ediblər.

Xəbər xətti