Ramil Şeydayevli "Trabzonspor" qələbə qazandı

03:07 - 5 Avqust 2016

Azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu  "Trabzonspor" klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Macarıstanda təlim-məşq toplanışında olan Qara Dəniz təmsilçisi növbəti yoxlama oyununda qüvvəsini sınayıb. "Bordo-mavilər" yerli "Qimort" klubu ilə qarşılaşıb. Ərsun Yanalın yetirmələri bu matçda rəqibini 2 - 0 hesabı ilə məğlub edib. "Trabzonspor"un qollarını Yusuf Ərdoğan və Yusuf Yazıcı vurub.

 

Ehtiyyat oyunçular skamyasında olan Ramil Şeydayev matçın 65-ci dəqiqəsində Kastilyonun əvəzinə meydana daxil olub.

Xəbər xətti