"Trabzonspor" "Qarabağ"la qarşılaşacaq

01:52 - 7 Avqust 2016

Növbəti mövsümün hazırlıqlarını Macarıstanda davam etdirən "Trabzonspor" sabah yoxlama matçında qüvvəsini sınayacaq.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qara Dəniz təmsilçisi Avstriyanın"Qarabağ" klubu ilə qarşılaşacaq. Vyana təmsilçisi ilə matç "ETO Park Stadium"da baş tutacaq  və Bakı vaxtı ilə 21:30-da start götürəcək.

 

Qeyd edək ki, azərbaycanlıların yaratdığı “Qarabağ” klubu Avstriya 4-ci Liqasında çıxış edir. Klubun idarə heyəti dörd Azərbaycan və iki Avstriya vətəndaşından ibarətdi.

Xəbər xətti