Tərlan Quliyev 100-ə çatdı

11:54 - 8 Avqust 2016

Azərbaycan Premyer Liqasının ilk turu "İnter”in yeni futbolçusu Tərlan Quliyev üçün ikiqat əlamətdar olub.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi paytaxt klubunda ilk çempionat oyununu keçirib. Bu, "Qarabağ”la görüşə təsadüf edib. Qarşılaşma həm də müdafiəçinin ölkə çempionatlarında 100-cü matçı olub. 2009/10 mövsümündə "Neftçi”də oynadığı vaxt debüt edən Quliyev 100 oyunda 1 qol vurub.

 

"İnter” Tərlan Quliyevin Premyer Liqada 5-ci klubudur. O, "Neftçi”də 48, "Kəpəz”də 35, "Sumqayıt”da 10, "Qarabağ”da 6 oyuna çıxıb. Futbolçunun yeganə qolu da Gəncə klubunda qeydə alınıb.

 

2009/10

Neftçi (Bakı)

1

0

2010/11

Neftçi (Bakı)

5

0

2011/12

Sumqayıt

10

0

2011/12

Neftçi (Bakı)

5

0

2012/13

Neftçi (Bakı)

22

0

2013/14

Neftçi (Bakı)

15

0

2014/15

Qarabağ (Ağdam)

6

0

2015/16

Kəpəz (Gəncə)

35

1

2016/17

İnter (Bakı)

1

0

Cəmi

 

100

1

Xəbər xətti