"Beşiktaş" - "Qalatasaray" derbisi Azərbaycanda canlı yayımlanacaq

14:46 - 9 Avqust 2016

Avqustun 13-də Türkiyə Superkubokunun qalibi müəyyənləşəcək.

 

Sportal.az xəbər verir ki, son Türkiyə çempionu "Beşiktaş" və kubokun qalibi olan "Qalatasaray" klubları üz-üzə gələcək. 13 avqust Bakı vaxtı ilə 21:45-də start götürəcək qarşılaşma Azərbaycanda "CBC Sport" kanalında futbolsevərlərə nümayiş etdiriləcək.

 

Sözügedən qarşılaşmanın şərhçiləri Emin Abbasov və Şəmsəddin Abbasov olacaq.

Xəbər xətti