Leroy Corc yeni klubla razılığa gəldi

10:44 - 10 Avqust 2016

Son mövsümü "Göztəpə”nin heyətində keçirən "Qarabağ”ın sabiq futbolçusu Leroy Corc yeni komandaya keçmək üzrədi.
 
Sportal.az xəbər verir ki, "Göztəpə” ilə 1 illik müqaviləsi olan, ancaq məşqçi tərəfindən heyətdə düşünülməyən futbolçu karyerasını yenidən Türkiyədə davam etdirəcək. 
 
29 yaşlı futbolçu "Qaziantep BB” klubuyla anlaşıb. Belə ki, tərəflər arasında bütün danışıqlar yekunlaşıb. Ancaq yeganə problem "Göztəpə”nin Leroya borclu qalmasıdır. Əgər sabiq "Qarabağ”lı pulunu yaxın müddətdə ala bilsə, İzmir təmsilçisindən rəsmən ayrılacaq və yeni klubuyla münasibətlərini rəsmiləşdirəcək. 
 
Qeyd edək ki, Leroy Corc 2013-15-ci illərdə "Qarabağ”da oynamışdı. Hollandiyanın gənclərdən ibarət milli komandasının sabiq üzvü Ağdam klubunun heyətində 59 rəsmi matçda iştirak etmişdi. 

 

Xəbər xətti