"Fənərbağça" məşqçilərini qovdu

13:13 - 10 Avqust 2016

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Monako”ya məğlub olaraq mübarizəni dayandıran "Fənərbaxça” klubu məşqçilər korpusunda dəyişikliklər edib.
 

Sportal.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi uğursuz çıxışdan sonra baş məşqçi Vitor Pereyranın köməkçiləri – Filipe Almeyda, Luis Migel və Pedro Ribeyro komandadan göndərilib. 
 
"Fanatik" qəzetinin məlumatına görə, köməkçilərdən Paolo Orlandoni, Zəki Gölə, Fatih Yıldız və Məlikşah Sezgin işinə davam edəcək.Göndərilən məşqçilərin yerini aşağı yaş qrupları üzrə komandalarda məşqçi kimi fəaliyyət göstərən – Saffet Akbaş, Müjdat  Yetkinər və Kəmalettin Şentürk kimi məşqçilər tutacaq.
 
Türkiyə mətbuatı iddia edir ki, Pereyranın da komandadakı taleyi sual altındadı. Bəzi mənbələrə görə, "sarı bülbüllər" artıq Çilidən olan Manuel Pelleqrini ilə danışıqlara start verib. 

 

Xəbər xətti