"Rəvan"ın sabiq baş məşqçisi "Fənərbaxça"nı çalışdırmaq istəyir: "Komandanı uçuraram"

18:18 - 10 Avqust 2016

2014-cü ildə "Rəvan"ın baş məşqçisi olmuş Güvənç Kurtar maraqlı açıqlaması ilə gündəmi zəbt edib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis "Fənərbaxça”nı çalışdırmaq istədiyini deyib. 
 

"A Spor” telekanalına açıqlama verən 66 yaşlı çalışdırıcı "Fənərbaxça”da uğurlu olacağını və komandanın daha yaxşı idarə etmək gücündə olduğunu vurğulayıb:
 
"Uzun müddətdir ki, "Fənərbaxça”nı idarə etmək istəyirəm. Bu komandanı izləyirəm.  Məni baş məşqçi təyin etsinlər. Düşünürəm ki, komandanı böyük xal fərqi ilə çempion edərəm. "Fənərbaxça” tarixinin ən yaxşı günlərini yaşayar. Komandanı uçuraram”.
 
Qeyd edək ki, "Fənərbaxça" Çempionlar Liqasındakı uğursuzluqdan sonra baş məşqçi Vitor Pereyranın əcnəbi köməkçiləri komandadan qovulub. Pereyranın komandadakı taleyi isə qaranlıq olaraq qalır. 

 

Xəbər xətti