Zaur Svanadze: "Qəbələ"nin necə oynadığını bilirik"

18:56 - 10 Avqust 2016

"İnter" Premyer Liqanın 2-ci turunda "Qəbələ" ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, "bankirlər"in baş məşqçisi Zaur Svanadze komandalar arasında keçiriləcək oyun barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb.
 
"Növbəti turun qarşılaşmasına adi qaydada hazırlaşırıq. Məşq prosesi həmişəki qaydada davam edir. Komandada zədəli futbolçularımız yoxdur. Bildiyiniz kimi, “Qələbə” çox yaxşı komandadır. Bu faktı çoxdan təsdiqləyib. “Qəbələ” ötən il Avropa Liqasının qrup mərhələsində oynayıb, indi də bu uğuru yenidən təkrarlaya bilər. Biz “Qəbələ” klubuna Avropa Liqasında uğurlar arzulayırıq. Bu komandanın necə oynadığını bilirik və həmin oyuna ciddi hazırlaşacağıq. Oyun həmişə olduğu kimi, çətin olacaq. Bütün oyunlar bizim üçün ağır və çətin olur. Növbəti oyunda müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.
 
Qeyd edək ki, "Qəbələ" - "İnter" matçı avqustun 12-də saat 20:00-da start götürəcək.

 

Xəbər xətti