Türkiyənin böyük klublarına şad xəbər

16:43 - 11 Avqust 2016

Bu gün Türkiyə Futbol Klubları Birliyinin (TFKB) toplantısı keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda vacib qərar qəbul edilib. Qərara əsasən, yeni mövsümdə “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Trabzonspor” və “Bursaspor” arasında keçiriləcək səfər matçlarında sözügedən klubların özləriylə azarkeş aparması barədə qadağa aradan qaldırılıb.

 

Qeyd edək ki, 2011/2012-ci il mövsümündən bu klubların öz aralarında oynadığı matçlara qonaq azarkeşlərin gəlməsi qadağan olunmuşdu.

Xəbər xətti