Hakan Şükürün atası həbs olundu FOTO

17:28 - 12 Avqust 2016

Türkiyənin əfsanəvi futbolçusu Hakan Şükür və onun atası Sermet Şükürün saxlanılması barədə qərar qəbul edilib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq deputat Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir.
 
Sakarya Respublika Prokurorluğunun bu qərarından sonra yerli polis hazırda ABŞ-da yaşayan Hakan Şükürün İstanbuldakı evində axtarış aparıb. Şükür barədə "qırmızı bülleten” hökmü çıxarılacağı bildirilib.

 

Artıq əfsanəvi futbolçunun atası həbs olunub. Belə ki, Türkiyə polisi Adabazarında yaşayan Sermet Şükürün cümə məscidində olması barədə məlumat. Dərhal məscidi nəzarətə götürən polis cümə namazının bitməsini gözləyib və namaz bitdikdən sonra Sermet Şükürü yaxalayıb. Şükür dərhal polis bölməsinə aparılıb. 
 
Qeyd edək ki, terror təşkilatı iyulun 15-də ölkədə çevrilişə cəhd etmiş və 200-dən çox insanın həlak olmasına səbəb olmuşdu.

 

Xəbər xətti