"İnter"in Müşahidə Şurasının sədri məlum oldu

13:10 - 13 Avqust 2016

Bakının "İnter" klubunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin Nizamnaməsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyevin və Yohann Enqbrextin "İnter"in Müşahidə Şurasına üzv seçilmələri barədə qərar qəbul edib.

 

Bundan əlavə, həmin qərarla Yohann Enqbrext "İnter"in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

Xəbər xətti