Türkiyədə Superkubokun sahibi müəyyənləşir

13:32 - 13 Avqust 2016

Bu gün Türkiyə Superkubokunun sahibinin adına aydınlıq gələcək.

 

Sportal.az xəbər verir ki, həlledici matçda ölkənin 2 nəhəng klubu üz-üzə gələcək. Belə ki, son ölkə çempionu "Beşiktaş"la ölkə kubokunun sahibi "Qalatasaray" qarşılaşacaq.

 

Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Xəbər xətti