Hollandiyalı məşqçi rəsmən açıqladı: "Fənərbaxça"nın təklifini rədd edə bilməzdim"

14:42 - 15 Avqust 2016

Hollandiyalı mütəxəssis Dik Advokat "Fənərbaxça”nın yeni baş məşqçisi olacağını rəsmən açıqlayıb. 
 
Sportal.az xəbər verir ki, 68 yaşlı çalışdırıcı "Fanatik”ə verdiyi açıqlamada "Fənərbaxça” məsələsəni təsdiq edib:

 

"Düzdü, "Fənərbaxça”dan inanılmaz təklif aldım. Artıq düşünmüşəm və qərarımı vermişəm. Bundan sonra "Fənərbaxça”nın uğurları üçün baş sındıracam. Belə böyük bir komandanın təklifini rədd edə bilməzdim. Məsələ ilə bağlı daha sonra daha geniş açıqlama verəcəyəm”. 
 
Xatırladaq ki, Advokat bu günə qədər Hollandiya millisində köməkçi-məşqçi kimi çalışırıdı. Hollandiya Futbol Federasiyası Advokatın millidən ayrıldığını bu gün rəsmən bəyan edib. 
 
Qeyd edək ki, Advokat bu gün İstanbula gələcək və sabah "Fənərbaxça”nın rəhbərliyi altında ilk məşqinə çıxacaq.

 

Xəbər xətti